Ucarda iki uşaq atası intihar etdi

Ucar rayonunda intihar hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, rayonun Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev bu gün səhər saatlarında həyətindəki tut ağacından özünü asıb.

Məlumata görə, iki uşaq atası olan S.Əliyev içki aludəçisi olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

0.31630301475525