Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir.

Bakunews.media xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyin edəcəyi gözlənilir.

Bildirilib ki, mayın 5-də baş vermiş TKA və YTDA-nın birgə təsiri nəticəsində mayın 8-də yenidən G1 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

0.18259906768799