MMA döyüşçüsü “bomj” olmaq planlarından danışıb - FOTO
Qarışıq döyüş növləri (MMA) təmsilçisi Mariya Aqapova ABŞ-da karyerasına başladıqdan sonra “bomj” olmaq planlarından danışıb. Bu barədə o, News.ru saytına müsahibəsində etiraf edib.
23 yaşlı idmançının sözlərinə görə, ABŞ-da karyerasının əvvəli onun üçün çox çətin keçib. O, küçədə yaşamağa belə hazır olub. Hətta bununla bağlı plan hazırlayıb.
“Göyərçinləri öldürüb, ocaqda bişirməyi düşünürdüm. Qazaxıstana qayıtmaq barədə isə fikirləşmirdim”, - deyə idmançı bildirib.
Aqapova iyunun 13-də Mütləq Döyüş Çempionatında (UFC) debüt edəcək. Rəqibi braziliyalı Melissa Gatto olacaq.
Aqapovanın MMA-da səkkiz qələbəsi və bir məğlubiyyəti var.