Partiya sədri Nardaranlılara dəstək verdi: Niyə postları yığışdırmırsız?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News İnternet Kanalının "Açıq söhbət" verlişinin gonağı olub. Aparıcı Hikmət Paşaoğlu və Fuad Əliyev gündəmi müzakirə ediblər. Verilişin ikinci hissəsində rüşvət, korrupsiya, Vətənə xəyanət və Dağlıq Qarabağ problemlə bağlı fikir mübadiləsi aparılıb. Fuad Əliyev: "Bizə tariximizi, torpaqlarımızı unutdurmaq çalışırlar. Özü də kimlər? Özümüzkilər! Səbirli olmağa tövsiyə edirlər. Amma unutdura bilməzsiz! Milli ruhu öldürə bilməzsiz." ALDP sədri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanovun "Şuşanı vursaydıq, sülh danışıqlarını biz pozmuş olacaqdıq" şərh edərək bildirib ki: "Sülh danışıqlar adı ilə 25 ildən çoxdur ki xalqın başını aldadırsız. Nə sülh danışıqları? Erməni öz xoşu ilə işğal etdiyi torpaqları geri qaytarar? ATƏT-in Minsk qrupundan çıxıb antiterror əməliyyatlara başlamalıyıq. Beynəlxalq hüquq normalar və tarix bizim tərəfimizdədir." "Ermənistan-Azərbaycan sülh platforması" yaratmışdılar. Vaxtı ilə Azərbaycanda yaşayan erməniləri bura gətizdirirdilər. Qohumları ziyarət etmək üçün aparırdılar qəbirsanlığa, baxalı restoranlarda yedizdirirdilər və yola salanda bəlkədə pul da verirdilər. Ermənilər qəbirlərdə gülləri görəndə, deyirdilər ki "nə yaxşı qəbrin ətrafı təmizdir və güllər var". Mən isə burdan Nardarana yaxınlarımı ziyarət etmək üçün gedə bilmirəm. Nardaran kəndi gör neçə ildir ki blokadadadır. Niyə? Əməliyyət keçirtdiz, bir neçə nəfəri həbs etdiz, buraxdız. Onda niyə indiyə gədər Nardarana girişlərdə postlar hələdə var? Niyə postları yığışdırmırsız? Nardaranda yaşayanlardan heç bir təhlükə yoxdur."- Fuad Əliyev bildirib.

0.37321496009827