İspaniya çempionatının oyunları bir dəqiqəlik sükutla başlayacaq

Koronavirusdan həyatını itirənlərin xatirəsini yad etmək məqsədilə futbol üzrə İspaniya çempionatının oyunları bir dəqiqəlik sükutla başlayacaq.

“Qovorit Moskva” radiosunun məlumatına görə, La Liqada oyunlar iyunun 11-də “Real Betis” - “Sevilya” matçı ilə bərpa olunacaq.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən İspaniyada mart ayının ortalarından bütün kütləvi tədbirlər təxirə salınmışdı.

0.33795595169067