“Neftçi”nin oyunu təxirə salındı - FOTO

“Neftçi” Peşəkar Futbol Klubu Premyer Liqanın qarşıdakı səkkiz oyununun hazırlığını davam etdirir.

Bakunews.media xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə istirahət etmək məcburiyyətində qalmış komandanın üzvləri bu gün axşam məşqinə çıxacaq.

“Ağ-qaralar”ın hazırlıq çərçivəsində “Keşlə” ilə iyunun 9-u keçirəcəyi yoxlama matçı bir gün sonraya təxirə salınıb.

Oyun iyunun 10-u saat 18:00-da “Neftçi”nin Bakıxanov qəsəbəsində yerləşən stadionunda baş tutacaq.

0.97907710075378