İTV-də “Səs Azərbaycan” başlayır - VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəmizdə yayım lisenziyasına sahib olduğu məşhur “The Voice” vokal müsabiqəsi yenidən ekranlara qayıdır.

Bakunews.media xəbər verir ki, möhtəşəm şounun böyüklər üçün olan versiyası “Səs Azərbaycan”nın qeydiyyatı başlayır.

Dünyanın ən çox müzakirə olunan vokal şousunda iştirak etmək istəyən və istedadına güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib (051) 255 44 44 nömrəsinə “Whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilər.

0.4996600151062