Qaxda avtomobil azyaşlını vurub

Qaxda 12 yaşlı velosipedçini avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.

12 yaşlı Luka Poladaşvili idarə etdiyi velosipedlə yolla hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan və rayon sakini, 27 yaşlı Rüstəm Yunus oğlu Qədirovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan L.Poladaşvili Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

0.51287198066711