Abşeronda yol polisindən yayınan sürücü qəza törətdi

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, sürücü yol polisinin “saxla” əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb. Sonda o, nəqliyyat vasitəsində idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb. 

Qəza zamanı 1998-ci il təvəllüdlü Hüseynov Şahmar Faiq oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qabırğa sınığı, bədənin müştərək travması diaqnozu qoyulub.

0.47864317893982