Bakıda karantin qaydalarını pozan restoran aşkarlandı, beş nəfər saxlanıldı - FOTO

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbir şərtlərinin pozulması ilə fəaliyyət göstərən restoran aşkarlanıb.

Trend-in məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində iyunun 9-da Sulutəpə dairəsində “Ailəvi” restoranın icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Beş nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq, obyektin icarədarı B.Mirzəyev 200, digərləri isə hərəyə 100 manat cərimə olunublar.

0.51387500762939