Teymur Rəcəbov Karlsenlə birlikdə milyon dollarlıq turnirdə iştirak edəcək

İyunun 20-dən iyulun 5-dək hazırkı dünya çempionu Maqnus Karlsenin və dünyanın ən güclü şahmatçılarından 12-nin iştirakı ilə “Online Chess Masters” rapid turniri keçiriləcək.

Bakunews.media xəbər verir ki, turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da mübarizə aparacaq.

Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.

Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu bir milyon ABŞ dollarıdır.

0.36322093009949