Şahmatçımız beynəlxalq turnirdə birinci oldu

Tunisin Cerba adasında keçirilən qadınlar arasında onlayn şahmat festivalında təmsilçimiz Zeynəb Məmmədyarova birincilik qazanıb. 

Bakunews.media xəbər verir ki, o, 17 turdan 15,5 xal toplayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Milli komandamızın daha bir üzvü Gülnar Məmmədova isə 13 xalla 6-cı yeri tutub. 

Qeyd edək ki, Lichess.org platforması vasitəsilə İsveçrə sistemi üzrə keçiriləcək turnir 15 turdan ibarətdir. Turnirin mükafat fondu 2 min ABŞ dollarıdır.

0.40121507644653