Həkim-uroloq virusa yoluxdu. Baş həkim nəyi gözləyir?-Səs
Baku News-un aldığı məlumatına görə, Zabrat Müalicə Diaqnostika Mərkəzində işləyən həkim-uroloq Rafael doktorda Covid-19 aşkarlanıb. Bu məlumatı bizə həmin Diaqnostika Mərkəzində işləyən və adının çəkilməsini istəməyən tibb işçilərindən biri verib. Mənbənin sözlərinə görə, Rafael doktorda virusun əlamətləri təsdiq olunandan sonra, baş həkim Şəhla Namazova köhnə tarixlə onu məzuniyyətə göndərib.
Mənbənin dediyinə görə, baş həkimin tapşırığı ilə Diaqnostika Mərkəzində çalışan bir neçə həkimdən analiz götürülüb və Mərkəzi bağlamaq əvəzinə, analizlərin cavabını gözləyir. Bununla bağlı Baku News həmin Mərkəzin baş həkimə müraciət edib. Baş həkim Şəhla Namazova mənbənin verdiyi məlumatı təsdiqləyib. O, bildirdi ki, həkim-uroloq Rafael doktor məzuniyyətdə olarkən Covid-19 analizi verdiyinə görə, biz onunla əlaqə saxlayırdıq: “Onda Covid-19 aşkarlanıb, mən, Sabunçu rayon sanitar epidemioloji mərkəzə və Bakı şəhər səhiyyə idarəsinə bununla bağlı məlumat vermişəm. Onunla kontaktda olan 10 nəfərin siyahısını Sabunçu rayon sanitar epidimioloji mərkəzinə vermişik”.
Niyə Diaqnostika Mərkəzini karantinə bağlamadılar? Mövzu ilə bağlı araşdırmamızı davam etdirəcəyik.