Naxçıvanı Azərbaycandan ayırmaq bizim düşmənlərimizin marağındadır

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News İnternet Kanalının "Açıq söhbət" verlişinin qonağı olub. Aparıcı Hikmət Paşaoğlu və Fuad Əliyev gündəmi müzakirə ediblər. Aparıcı Hikmət Paşaoğlunun Naxçıvanın Azərbaycandan ayrılması üçün referendumun keçiriləcəyi ilə bağlı son günlərdə gəzən söhbətlə bağlı sualına cavab verən ALDP sədri bildirib ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Bu məsələni ortalığa atan Azərbaycan dövlətinin, Azərbaycan xalqının düşmənləridir. Bu məsələni 10 il, 5 il bundan qabağda vaxtaşırı gündəmə gətirirdilər: "Mən inanmıram ki, Naxçıvanda kimsə buna gedə bilər. Vasif Talıbov ağıllı məmurdu, o, buna getməz, o, özü bunun qabağını alar.” Hikmət Paşaoğlunun “Bu məsələni gündəmə gətirilməsində kim maraqlıdır, xarici yoxsa daxili qüvvələr?” sualına, Fuad Əliyev belə cavab verib: “Bu bizim düşmənlərimizin, xüsusilə ermənilərin marağındadır. Dağlıq Qarabağı işğaldan qabaq illər boyu dünyada təbliğat aparıblar ki, bu torpaqlar onlarındır. İndi də Naxçıvanla bağlı 30-40 il təbliğat mexanizmi işə salıblar ki, guya Naxçıvan ermənilərin torpaqlarıdır. Hakimiyyətdaxili çəkişmələri nəzərə alsaq, kimlərsə bunu öz maraqlarına uyğun istifadə edə bilərlər.” Verilişdə pandemiya dövründə məmur özbaşnalığı, korrupsiya və vətəndaşların problemləri müzakirə olunub.

0.46485090255737