Rasim Balayev: “Deputat olmaq fikrim var idi”
“Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bildirib.
“Hazırda Kinematoqrafçılar İttifaqında işləyirəm. Mədəniyyətə xeyrim dəyəcəksə, elə burada da dəyə bilər. Vacib deyil ki, mən deputat olum”, - deyə R.Balayev qeyd edib.