Partiya həkimlərə dəstək olaraq maraqlı video çarx hazırlayıb

Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) COVİD-19-la mübarizədə ön cəbhədə olan həkimlərə dəstək olaraq maraqlı video çarx hazırlayıb. ALDP Mətbuat Xidməti vətəndaşlara müraciət edib:

Əziz Azərbaycan xalqı, bütün dünyanı cənginə alan bu koronavirusla mübarizə aparan həkimlərimizə dəstək olaq. Sadəcə karantin qaydalarına riayət edək məcbur olmadıqca evlərimizdən çıxmayaq. Biz fədakar həkimlərimizə dəstək olmağı özümə borc bildim. Biz birlikdə güclüyük!

Çarxda “Eşq olsun Azərbaycan həkimlərinə”, “Evdə qalaq həkimlərə dəstək olaq” “Biz sizinlə fəxr edirik”, “10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına ataraq bir xəstəni müalicə edirlər” “Karantin qaydalara riayət edək-Həkimlər evə qayıtsın”, "Həkim - həyatımızın xılaskarı", "Bizi həyata qaytaran həkimlərə eşq olsun", "Həmişə onlara borcluyuq" şuarlarla vətəndaşlara müraciət olunur.

0.35332322120667