İsrailli diplomat: “Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır” - FOTO
“Antisemitizmin gücləndiyi dönəmdə Azərbaycanda yəhudi icmasının azadlıq və bərabərliyini müşahidə etmək sevindiricidir”.
Bakunews.media xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun “X” sosial şəbəkə hesabında yazıb.
“Azərbaycan azad və çiçəklənən yəhudi icmasının evidir. Bu gün mən Azərbaycanın Milli Qəhrəmanı yerli yəhudi icmasının oğlu Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının yararlandığı azadlıq və bərabərliyi görmək ürəkaçandır”, - o qeyd edib.
Xatırladaq ki, mayın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.
Azerbaijan is home to a free and thriving Jewish community. Today I paid respect at the grave of Albert Agarunov, an Azerbaijani national hero and a son of the local Jewish community.
— Aliza Bin Noun (@AlizaBinNoun) May 8, 2024
In times of rising antisemitism in the world, it is heartwarming to see the freedom and… pic.twitter.com/4qUfdHtCkz