Taksi sürücüsü yolun ortasında intihar etdi
Başqırdıstanın paytaxtı Ufa şəhərində qeyri-adi hadisə baş verib.
Ufa1.ru xəbər verir ki, şəhərin Çernikovka mikrorayonunda taksi sürücüsü yolun ortasında maşından düşüb və intihar edib.
Mənbənin bildirdiyinə görə, 33-34 yaşlı kişi maşının salonunda ölümündən əvvəl yazdığı məktub qoyub. Məktubun məzmunu və intiharın səbəbi barədə məlumat verilmir.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar.