Lala Quliyeva: Bir çox sahədə bizim gündəlik fəaliyyətlərimizi məhdudlaşdırdı
“Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində koronavirusla mübarizə sahəsində görülən işləri, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı geniş danışdı. Bütün görülən işlər, verilən qərarlar onu göstərir ki, Azərbaycan dövləti koronavirus təhlükəsi ilə mübarizədə aktivdir”.
Bunu Baku News-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Komitəsinin sədri Lala Quliyeva deyib.
Ölkəmizdə koronavirus təhlükəsi ilə bağlı məsələnin tam nəzarətdə olduğunu deyən ALDP QK sədrin sözlərinə görə, “Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın nə vaxt qurtaracaq bizim hamımızdan asılıdır. Yoluxma ilə bağlı son statistikalar ürəkaçan deyil və bu vəziyyət bizi narahat etməlidir. Sözsüz ki, xüsusi karantin rejimi bir çox sahədə bizim gündəlik fəaliyyətlərimizi məhdudlaşdırdı. Nəticədə biz bu gün böyük faciələrdən ilkin mərhələdə qoruna bildik”.
Lala Quliyeva Modul tipli xəstəxanaların qısa müddətdə tikilməsini yüksək qiymətləndirdi.
“Son iki-üç ay ərzində bir neçə Modul tipli xəsəxanaların tikilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması ölkəmiz üçün çox böyük təhlükə olan bu infeksiyanın geniş yayılmasının qarşısını almağa xidmət edir. Bununla yanaşı, hər bir vətəndaşımız daha məsuliyyətli olmalıdır. Baxın, bir xəstəni müalicə etmək üçün 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atır. Artıq 5 aydan çoxdur ki, həkimlər evə gedə bilmirlər, yaxınlarını görmürlər. Ona görə hər birimiz karantin qaydalara riayət etməlidir ki, həkimlər evə qayıtsınlar.” – Lala Quliyeva bildirdi.