Partiya sədri: Buna Azərbaycanın hüquqi haqqı çatır

Baku News xəbər verir ki, bunu BAXAR.AZ-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib. O bildirib ki, Azərbaycan anti-terror əməliyyatları həyata keçirməlidir:

"Ermənistan ordusunun bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozublar. Nəticədə Azərbaycan ordusunun 4 hərbi qulluqçusu şəhid olub. Əvvəla, hər birinə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. 

Digər bir tərəfdən Azərbaycan ordusu strateji yüksəkliyi ələ keçirib. İstər hüquqi, istərsə də beynəlxalq prizmadan yanaşsaq bu Azərbaycanın haqqıdır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması bütün dünyaya bəllidir və bu dövlətlər Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Azərbaycan sülh danışıqlarının tərəfdarıdır. Lakin Ermənistan tərəfindən edilmiş istənilən təxribata adekvat cavab verməlidir. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə müəyyən qədər susur. Buna baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün anti-terror əməliyyatları həyata keçirə bilər. Yenə qeyd edirəm ki, buna Azərbaycanın hüquqi haqqı çatır"

0.32008194923401