ATƏT sədrindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
“Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasından narahatam və tərəfləri atəşkəsə qayıtmağa çağırıram”.
Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Avropa və Xarici İşlər naziri Edi Rama bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vəziyyəti stabilləşdirmək üçün səy göstərir və tərəflərlə sıx əladəqədir.