Oğlunun gözü qarşısında batan məşhur aktrisanın meyiti tapıldı
Cənubi Kaliforniyada göldə tapılan meyitin bir neçə gün öncə itkin düşən məşhur amerikalı aktrisa Naya Riveraya aid olduğu müəyyən edilib.
CNN-in məlumatına görə, bu barədə Ventura əyalətinin şerifi Bill Ayub mətbuat konfransı zamanı xəbər verib.
Onun sözlərinə görə, 33 yaşlı ulduzun cəsədi Piru gölünün şimal-şərqində müəyyən edilib. Cəsədin üzərində zorakı ölüm, yaxud intihar əlavəmətlərinin olmadığı vurğulanıb.
Şerifin versiyasına görə, Riveranın suda çıxmağa gücü çatmayıb.
33 yaşlı aktrisa iyulun 9-da dörd yaşlı oğlu ilə birlikdə kirayə götürdüyü qayıqda üzməyə gedərkən . Uşaq qayıqda yatmış halda tapılıb.
“Anam suya tullandı, sonra çıxmadı”, - deyə, uşaq polislərə ifadəsində bildirib.
İki dəfə dünyanın ən seksual qadını adını almış Riveraya “Xor” serialındakı Santana Lopez rolu məşhurluq gətirib. Bundan başqa o, “C.S.I.: Mayami”, “Məkrli xidmətçi” və “Malibu xilaskarları” seriallarında da çəkilib.