Partiya sədri: Hakimiyyət daxilində münaqişənin hərb yolu ilə həllin tərəfdarları var

Baku News xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Kanal-13-ə açıqlama  verib. ALDP sədri açıqlamasında bunları bildirib:

“Beynəlxalq təşkilatlar bu məsələdə müəyyən qədər susur. Bu münaqişə başlayanda ALDP bu məsələnin sülh yolu ilə həllin tərəfdarı idi. Amma son 10 ildir ki, biz münaqişənin hərb yolu ilə həllin tərəfdarı olduq. Çünki biz gördük ki, uzanan bu sülh danışıqlar heç bir nəticə vermir. Və beynəlxalq təşkilatların, bizim haqlı olduğumuzuna dair verdiyi bəyanatlar, vaxtın uzadılmasına xidmət edir. Biz BMT TŞ-nın 4 qətnaməsini əsas tutaraq işğalda olan torpaqlarımızı azad etməliyik. Hakimiyyət daxilində də bu fikirdə olan çoxalır. Misal üçün Səməd Seyidovun “Bizim ATƏT-in Minsk qrupu ilə yollarımız ayrılacaq” fikirlərini müsbət qiymətləndirirəm.

“Niyə beynəlxalq hüquqa əsaslanaraq, topaqları azad etmirik” sualına ALDP sədri belə cavab verdi:
“Hakimiyyət uzun illərdir ki, sülh danışıqlarında iştrak edir. Və hesab edirdilər ki, bu məsələni sülh yolu ilə həll edə bilərlər. Və 2016-cı ildə aprel döyüşləri onu göstərdi ki, artıq hakimiyyət daxilində münaqişənin hərb yolu ilə həllin tərəfdarları var. Aprel döyüşləri ermənilərə və beynəlxalq təşkilatlara bir ismarıc idi. Biz dünyaya göstərdik ki, bizim ordumuz var və biz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etməyə qadirik.”
0.1040940284729