Partiya sədri: Cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir -Video
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Baku News TV kanalın “Açıq Söhbət” verlişinin qonağı olub. Fuad Əliyev 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədininin Tovuz rayonu sahəsində atəşkəs rejiminin pozulması ilə bağlı açıqlama verib. ALDP sədri bildirib ki, “Demokrat libasında hakimiyyətə gələn Paşınyan diktatora çevrilib. Komandasını və ümumilikdə, hakimiyyəti idarə edə bilmir. Onun adı müxtəlif korrupsiya işlərində hallanır. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxartmağa hesablanıb.” Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir: «Ermənistan sülh danışıqlarını illərdi ki, pozur. Son bu iki ay ərzində atəşkəsin pozulması, Paşınyanın qondarma Qarabağ respublikasına inaqurasiya tədbirində iştirak etməsi, bir həftə bundan qabaq Ermənistan prezidentin bir günlik “DQR”-ə getməsi kimi faktları göstərmək olar. Fikir verin, Ermənistanın hətta üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) erməniləri dəstəkləmədi.” – ALDP sədri bildirdi. “İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Küçələrdə orduya dəstək yürüşlər bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Xaosa getmək olmaz. Bu gün Azərbaycan güclü orduya malikdir və torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.”-Fuad Əliyev qeyd edib. Məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin pislədi. “Burdan qardaş Türkiyəyə, İranda yaşayan 40 milliyon azərbaycanlılara, Pakistan dövlətinə və əməkdaşlıq etdiyimiz qardaş İraq Türkmənli Partiyasına dəstək verdiklərinə görə təşəkkürümü bildirirəm. Biz tək deyilik. Bu savaşda 200 milyondan artıq qardaş türk xalqları bizə dəstək verir.” – ALDP sədri Fuad Əliyev