Almaniya Bundestaqının üzvü Ermənistanın işğalçılıq siyasətini tənqid edib

“Ermənistan Dağlıq Qarabağı və ətrafındakı əraziləri faktiki ilhaq etməklə beynəlxalq hüquq normalarını pozmaqda davam edir”.

Bakunews.media-ın məlumatına görə, Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan üzvü Nikolas Löbel “Twitter”dəki şərhində belə deyib.

O,  Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahat olduğunu bildirib və bu münaqişənin koronavirus pandemiyası ilə əlaqədar hər iki ölkədə yaranan çətinliyi daha da kəskinləşdirdiyini vurğulayıb.

Bundestaq üzvü şərhində bildirib ki, Almaniya özünü kənara çəkməməlidir.

O, həmçinin “dondurulmuş münaqişənin” sülh yolu ilə həllinə ehtiyac olduğunu qeyd edib.

“Ermənistan Dağlıq Qarabağı və ətrafındakı əraziləri faktiki ilhaq etməklə beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Bu, beynəlxalq vasitəçilərin köməyi ilə sülh yoluyla həll edilməli olan vəziyyətdir”, - deyə, N.Löbel sözlərini yekunlaşdırıb.

 

0.33953404426575