Uşaqlar üçün attraksion seans vaxtı dağıldı – VİDEO

Tatarıstanın Naberejnıye Çelnı şəhərindəki istirahət parklarından birində uşaqlar üçün attraksion hərəkət vaxtı dağılıb.

“Tatar-İnform” xəbər verir ki, respublika prokurorluğu məlumatlarla bağlı araşdırma aparır.

Respublika prokurorunun baş köməkçisinin vəzifələrini icra edən Ramil Axmetzyanovun sözlərinə görə, kadrların həqiqətən Naberejnıye Çelnıda qeydə alındığı təsdiqlənərsə, müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, xoşbəxtlikdən, hadisə nəticəsində heç kim xəsarət almayıb.

 

0.33881092071533