Astara sakini karantinə rəğmən 40 nəfərlik məclis təşkil etdi

Astara Rayon Polis Şöbəsinə rayonun Marzəsəy kənd sakini olan Ş.Əliyevin karantin rejimi qaydalarını pozaraq, məclis təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

Karantin rejimi qaydalarını pozan Ş.Əliyevin barəsində toplanılmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.

0.61841106414795