Gürcüstan eks-prezidentinin kürəkəni həbs edilib

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri saxlanılıb.

“Rustavi 2” telekanalı xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları eks-prezidentin kürəkənini Qara dəniz sahillərində yerləşən Şekvetili kurort qəsəbəsində tutublar.

İlkin məlumata görə, M Qoqoçuri odlu silahın qanunsuz əldə olunması, daşınması və saxlanılmasında ititham olunur.

0.27552890777588