Türkiyə ordusunun iki əsgəri şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub. 

“Haber Global”ın məlumatına görə, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, terrorçular Hakkarinin Çukurca rayonunda yerləşən, Türkiyə Silahlı Qüvvələrinə məxsus bölgəyə raket atıb. Hadisə nəticəsində iki əsgər ağır yaralanıb və onlar çatdırıldığı xəstəxanada vəfat ediblər.

Hadisədən sonra ATAk helikopterləri, hava hücumundan müdafiə sistemləri vasitəsilə terrorçuların yerləşdiyi nöqtə atəşə tutulub.

0.3102810382843