Kobe Brayant ölümündən sonra “Emmi” mükafatına layiq görüldü

ABŞ Milli Basketbol Assosiasiyasının əfsanəvi basketbolçusu Kobe Brayant ölümündən sonra “Emmi” mükafatı laureatı olub.

Gazeta.ru-nun məlumatına əsasən, mərhum basketbolçu bu mükafata Los-Ancelesin inkişafında xidmətlərinə görə layiq bilinib.

Mükafatı idmançının ailəsi adından bəstəkar, “Oskar” mükafatının beşqat laureatı və Kobe Brayantın dostu Con Uilyams götürüb.

Xatırladaq ki, Kobe Brayant yanvarın 26-da Kaliforniyada helikopter qəzasında həlak olub.

0.29114294052124