Toy mərasiminə hücum: Ölən və yaralananlar var

Nigeriyanın mərkəzində toy məclisinə naməlum şəxslərin hücumu nəticəsində 20-dən çox insan ölüb.

“Vanguard” qəzeti yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Kaduna ştatında baş verən hadisənin köçəri Fulani qəbiləsinin nümayəndələri tərəfindən törədildiyi iddia olunur.

Cinayətkarlar qonaqlara atəş açıb, onlardan 19-u hadisə yerində, ikisi isə xəstəxanada ölüb, 28 nəfər yaralanıb.

Fulani qəbiləsinin üzvləri ilə yerli sakinlər arasında otlaq torpaqları üstündə tez-tez qarşıdurmaların baş verdiyi bildirilir. Təkcə son bir neçə ildə bu cür münaqişələrdə minlərlə insan həyatını itirib.

0.3382248878479