Tramp: “Bayden qalib gəlsə, ABŞ-ı məhv olmaq təhlükəsi gözləyir”

“ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden 2020-ci il seçkilərində qələbə qazansa, ölkəni məhv olmaq təhlükəsi gözləyir”.

Gazeta.ru-nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

“Baydeni tamamilə idarə edən radikal solçu demokratlar bizim ölkəmizi məhv edəcəklər. ABŞ-ın başına təsəvvürə etməyəcəyimiz şeylər gələcək”, - deyə D.Tramp bildirib.

0.27402806282043