Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var

Hacıqabulda ağır yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə Hacıqabulun Padar kəndi ərazisində qeydə alınıb. “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və üç nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1980-ci il təvəllüdlü Mikayılov Teyyub Qulaməli oğlu Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

0.45689392089844