İtaliya A seriyası: “Milan” uğursuzluq seriyasını qıra bilmədi

İtaliya A seriyasının 36-cı turunda “Milan” “Cenoa” ilə qarşılaşıb.

Bakunews.media xəbər verir ki, sürətli hücumlarla başlayan görüşdə hesabı 5-ci dəqiqədə Mateo Retequi açıb. Məğlubiyyətlə barışmayan “Milan” hesaba tarazlıq gətirib. Alessandro Florenzi 45-ci dəqiqədə dəqiq oynayıb - 1:1. Fasilədən sonra qonaqlar yenidən hesabda irəli çıxıblar. Calib Ekuban 48-ci dəqiqədə Voqliassonun ötürməsini qolla tamamlayıb - 2:1. 72-ci dəqiqədə Matteo Qabia hesabı bərabərləşdirib -2:2. 75-ci dəqiqədə fransalı ulduz meydan sahiblərini hesabda irəli çıxarıb - 3-2. 87-ci dəqiqədə avtoqol müəllifi olan Malik Tiau komandasını 3 xaldan məhrum edib - 3:3.

Qeyd edək ki, “Milan” 71 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. “Cenoa” 43 xalla 11-cidir.

0.19282507896423