Polisə gedərək anasını öldürdüyünü etiraf etdi

Türkiyənin Adana şəhərinin sakini mübahisə zəminində anasını öldürüb.

“Demirören Haber Ajansı”nın məlumatına görə, 35 yaşlı Berk K. anası Səhər F.-i tüfəngdən açdığı atəşlə qətlə yetirib.

O, polisə gələrək, törətdiyi əməli etiraf edib. Qadının cəsədi ekspertiza üçün morqa aparılıb. Polis faktı araşdırır.

0.69510984420776