Göygöldə elektrik cərəyanı gənci vuraraq öldürüb

Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub. 

“Report”un məlumatına görə, hadisə Pənahlılar kəndində qeydə alınıb.

Kənd sakini olan gənc oğlan iş görən zaman ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb. 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

0.47358417510986