Partiya sədri: Gültəkin Hacıbəyli hakimiyyətlə əlaqələrini barpa etmək üçün çox çalışır
“Gültəkin Hacıbəyli bu iqtidarı dəstəkləyənlərdən biri olub. Bundan yaxsı bəhərlənib, var-dövlat, coxlu sayda mülk ‘ldə edib. İndi guya müxalifətdir, ölkənin bu çətin vaxtında Prezidentə dəstək bəyanatı imzalayan partiyalara ironiya edir?! Bu çox yersiz hərəkətdir. Bilsin ki, ALDP orduya, xalqımıza və dövlətimizə öz dəstəyini verib və verəcək”.
Baku News xəbər verir ki, bunu Versus.az-a ALDP sədri Fuad Əliyev Milli Şura üzvü Gültəkin Hacıbəylinin son aksiya ilə bağlı müsahibələrindən birində "guya müxalifətdirlər, prezidentin dediyini edirlər" ironiyası və eləcə də həmin aksiyanın və təxribatın hakimiyyət tərəfindən hazırlanması iddialarını cavablayarkən bildirib.
F.Əliyev bildirib ki, bu gün Gültəkin Hacıbəyli hakimiyyətlə əlaqələrini barpa etmək üçün çox çalışır. Hakimiyyət ona "yasıl" işıq yandırsa, dönüb olacaq qatı iqtidarçı.
Partiya sədri Milli Şuranın son aksiya ilə bağlı irəli sürdüyü iddiaları əsassız adlandırıb:
“Əsassız kimisə günahlandırmaq onun köhnə peşəsidir. O təxribatı hüquq-mühafizə orqanları müəyyənləşdirir. Onun isə bu orqanlara heç bir aidiyyatı yoxdur”.