Partiya sədri: Ermənistana silah verirsiz deyəndə ...
Rusiyanın Ermənistanı silahlandırması barədə üzə çıxan son faktlar Azərbaycan tərəfdə hiddət doğurub. Şimal qonşumuzun ölkəmizə qarşı növbəti xəyanətinə ən sərt təpkilər gəlməkdə davam edir. Amma ölkə müxalifətinin bu məsələ ilə bağlı hələ ki, bir bəyanatına belə rast gəlməmişik. Lakin bəzi siyasilərin dilindən mövqelər səslənib.
Baku News xəbər verir ki, Bununla bağlı “Yeni Müsavat” qəzeti Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevdən açıqlama aldı.
ALDP sədri Fuad Əliyev bunu bildirib:
“Rusiyanın Ermənistana silah göndərməsi həm KTMT üzvü olduğuna, həm də ikitərəfli müqaviləyə əsasən verilir. Nə hakimiyyətin, nə də müxalifətin buna qarşı bir bəyanatı bu günə qədər qarşıma çıxmayıb. Bunu deyəndə deyirlər ki, Rusiya Azərbaycana da silah satır. Necə ki, Serbiya Ermənistana silah satandan sonra bu ölkənin nümayəndələri belə bir bəyanat verdilər ki, biz sizə də silah satırıq. Amma beynəlxalq hüquqa görə, hərbi münaqişə olan ölkələrə rəsmi silah satışı qadağandır”.