İmişlidə qətl törədilib
İmişli rayonunda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə İmişli rayonunun Buludlu kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Əliyev Malik Fəramiz oğlu bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətlin kim tərəfindən törədilməsi aydınlaşdırılır.
Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.