Partiya sədri: Vaxtı ilə hakimiyyətdə olanlar var-dövlət əldə etmək siyasəti ilə məşğuldurlar

"Əgər belə bir anlaşma olsaydı, 11 il həbsdə qalmazdı".

Baku News xəbər verir ki, bnu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat” qəzetinin sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun son zamanlar “susqunluğu» ilə bağlı sualını cavablandırıb. 

ALDP rəhbəri Fuad Əliyev: “Açığı, mən heç kimin fəaliyyəti ilə xüsusi maraqlanmıram. İndi sualdan belə aydın olur ki, onun fəaliyyətində sükutluk yaranıb. Hesab edirəm ki, heç bir anlaşma əldə olunmayıb. Əgər belə bir anlaşma olsaydı, 11 il həbsdə qalmazdı, üstəlik bu həbs müddəti bitəndə haqqında əlavə cinayət işi açılmaz, daha 3 ilə yaxın həbsxana həyatı yaşamazdı. Məndə olan məlumata görə, təsis etdiyi partiyanın gücləndirilməsi ilə məşğuldur. Yeni üzvlərin qəbulu gedir. Paralel olaraq özünə müttəfiq axtarışındadır. Tənqidi müsahibələrinin yoxa çıxması yəqin ki, bununla əlaqədardır, yaxud da bu taktiki addımlardır. Bir də ki, kiminlə anlaşa bilər? İnanmıram ki, hakimiyyətdə olan yeni komanda onu qəbul etsin. Ola bilər ki, hakimiyyətdə qalan köhnə komanda ilə - hansılar ki, onu həbs ediblər - onlarla anlaşa bilsin. O da heç bir fayda verməyəcək. Çünki vaxtı ilə hakimiyyətdə olanlar şəxsi maraqlar, yenə də var-dövlət əldə etmək siyasəti ilə məşğuldurlar. Amma ondan öncə də qisas almaq siyasətindədirlər. Nə xalq, nə də ki, demokratiya onları maraqlandırmır”.

0.09696102142334