Dinarə Məmmədova: Gələcəkdə digər türk dövlətlərin və Pakistanın da bura qoşulacağını istəyirik

Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova Azərbaycan-Türkiyə münasibətlərinə dair açıqlama verdi. Baku News onun açıqlamasını təqdim edir:

"Məlum olduğu kimi, Azərbaycan Milliyətçi Demokrat Partiyasının (AMDP) və Azərbaycan Xalq Hərəkatının (AXH) təşəbbüsü ilə, 15 təşkilat Azərbaycanda olan Türkiyə Silahlı Qüvvələrinin  millətimiz üçün həyati əhəmiyyət kəsb etdiyini, Azərbaycan-Türkiyə strateji əməkdaşlığının ən yüksək səviyyəyə qaldırılmasını və iki qardaş dövlət arasında hərbi-siyasi blokun yaradılmasını zəruri hesab etmişdilər. 

Hesab edirəm ki, Azərbaycanın və Türkiyənin dövlət və milli maraqları da, həmçinin digər türk dövlətlərin milli maraqları da Türkiyənin Azərbaycanla əməkdaşlığını istəyir. Partiyamız bu əməkdaşlığın genişlənməsi, gələcəkdə digər türk dövlətlərin və Pakistanın da bura qoşulacağını istəyir. Ümumiyyətlə, bu tədbirlərin davamlı olduğunu istərdik. 

Hesab edirəm ki, siyasi partiyalar, QHT, medianın belə məsələlərə birgə mövqe sərqiləmələri davamlı olmalıdır. ALDP hər zaman Azərbaycan və onun maraqları naminə istənilən siyasi qüvvə ilə əməkdaşlığa hazırdır. Ermənistanın Tovuz ərazisində  təxribatından sonra 43 partiyanın birgə imzaladığı bəyanatı misal kimi çəkə bilərəm. Bu bəyanata və toplantıya  qoşulmayanların mövqeyilərinə hörmətlə yanaşıram.  Amma hesab edirəm ki, partiyalar ölkə üçün vacib olan məsələlərin müzakirəsində iştrak etməlidirlər. 

ALDP  bundan sonrada belə məsələlərdə öz dəstəyini verəcək."

Dinarə Məmmədova,

ALDP sədrin müşaviri

0.083772897720337