Partiya sədri: Bizim bəzi siyasətçilər nəinki iki, üç addım, heç bir addım qabağı hesablıya bilmirlər
Bəzi post Sovet ölkələri prezidentlik idarəsindən parlament idarəçiliyinə keçiblər. Düzdür, bunun Azərbaycan idarəetmə sisteminə nə dərəcədə uyğun olub, olmaması sualı ətrafında vaxtaşırı müzakirələr gedib. Müstəqilliyi qazanandan sonra bu təkliflə çıxış edən siyasi partiyalar olub.
Bununla bağlı Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət etdi.
ALDP sədri Fuad Əliyev bildirib:
“ALDP olaraq, 1999-cu ildən - yaranan gündən, ölkənin prezidentlik idarəçiliyindən parlament idarəçiliyinə keçməsini vacib hesab etdiyini bəyan edib. Və partiya rəsmiləri keçən illər ərzində bu məsələni gündəmdə saxlayıb. Sözsüz ki, parlament idarəçiliyinə keçmək üçün, proporsional seçki sistemini bərpa etmək lazımdır. 2002-ci ildə keçirilən Referendum vaxtı, bəzi partiyalar bu Referendumu boykot etdilər. ALDP isə “Baş nazirin səlahiyyətlərinə - hə, proporsional seçki sistemin ləğvinə - yox” şuarı ilə bir ay ərzində ölkəmizdə kampaniya apardı. Paralel olaraq mən, Referendumu boykot edən partiya sədirlərlə görüşdüm və onlara boykot etdiklərini yanlış olduğunu başa salırdım. Çox təəssüf ki, onlar öz bildiklərini etdilər. Amma çox keçmədən, öz səhflərini başa düşüb, 2005-ci ildən başlayaraq proporsional seçki sistemin bərpası məsələsini dilə qətirdilər. Bu onu göstərir ki, bizim bəzi siyasətçilər nəinki iki, üç addım, heç bir addım qabağı hesablıya bilmirlər. Proporsional seçki sistemin ləğvi partiyalara böyük zərbə vurdu, partiyaların fəaliyyətini zəiflətdi. 2008-ci ildə proporsional seçki sistemin bərpası məsələsini Referendum təşəbüsü ilə çıxış etmək üçün və o vaxt lazımı 450 min imzanı toplamaq üçün siyasi partiyalara müraciət göndərdik. Baxmayaraq ki, hamı bu sistemin bərpasının tərəfdarı idi, heç kim bu məsələdə bizi dəstəkləmədi. İndi isə partiyaların çoxu həm proporsional seçki sistemin bərpasını və ölkəmizin Parlamentli Respublikaya keçməsini istəyirlər. Mən bunu alqışlayıram. Hesab edirəm ki, Parlament idarəçiliyi olkəmizdə demokratik deyişiklərə və inkişafına təkan verəcək. Paralel olaraq partiya sistemi də güclənəcək.”