Hikmət Paşaoğlunun döyülməsilə bağlı partiya bəyanat qəbul edib

Baku News xəbər verir ki, "Baku News" TV Kanalın baş redaktoru Hikmət Paşaoğlu naməlum şəxslər tərəfindən döyülüb və ciddi həsarət alıb. Hal-hazırda o, xəstəxanadadır. Bununla bağlı Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat qəbul edib.

Bəyanatda deyilir:

Ölkəmizdə bəzi destruktiv dairələr tərəfindən azad mətbuata təzyiqlər olunur. Belə ki, “Xural” TV, “Reaksiya” TV, “Kanal-13”-ün rəhbərləri müxtəlif “bəhanələrlə” məhkəmələrə veriliblər.

İndi aldığımız məlumata görə “Baku News” TV kanalın baş redaktoru Hikmət Paşaoğlu 3 naməlum şəxs  tərəfindən vəhşicəsinə döyülüb. Aldığı zərbələrə görə baş və boyun nahiyəsindən travma alıb.

ALDP hesab edir ki, bu hadisə birbaşa onun tənqidi çıxışları ilə bağlıdır.

2012-ci ildə, yaranan gündən “Baku News” əməkdaşları və baş redaktor Hikmət Paşaoğlu təzyiqlərə məruz qalıblar.

ALDP hesab edir ki, son hadisə azad və müstəqil mətbuata təzyiqdir və onu susdurmağa hesablanıb.

ALDP hüquq-mühafizə orqanlarından bu hadisənin törədilməsini diqqətdə saxlanılması və baş redaktoru döyənlərin tezliklə tapılıb məsuliyyətə cəlb olunmasını  tələb edir.

0.32176494598389