Partiya sədri: Bunlar demək istəyirlər ki, “heç kimi saymırıq, qanunları saymırıq, ....”

“Operativ Qərargahın qərarına əsasən COVİD-19 görə Azərbaycanda mart ayından toy-nişan mərasimlərinin keçirilməsinin qadağan edilməsinə baxmayaraq, qaydanı pozanlar da var. Mətbuatdan tanış olan informasiyalara görə valideyinlər övladları üçün toy-nişan məclisləri keçirirlər. Cərimələrə baxmayaraq xeyli valideynlər var ki, uşaqların bu xoş gününü, toy-nişan gününü keçirmək istəyirlər. Cərimə olanların isə bir cərqəyə düzüb şəkillərini çəkib ictimayiləşdirirlər”.

Baku News xəbər verir ki, bunu Versus.Az-a bir neçə hökumət adamının karantin qaydalarını pozaraq toy mərasimi keçirmələri və iştirakları ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev bildirib.

Karantin qaydalarına zidd hərəkət edənlər arasında məşhurların, vəzifəli şəxslərin olmasının ictimaiyyətdə təəccüb, maraq və hiddətlə qarşılandığını deyən ALDP sədri misal olaraq bu günlərdə Ramiz Mehdiyevin, Hadı Rəcəblinin, İcra başçısının nəvələrinin, uşaqlarının toy məclisinin şəkillərinin sosial şəbəkələrdə paylaşılmasını qeyd edib:

“Bu şəkillər cərimə olunanların şəkillərindən fərqli idi. Əgər toy mərasimlərinin keçirilməsinə icazə varsa, bu icazə hər kəsə şamil edilməlidir. Amma göründüyü kimi, Azərbaycanda qanun bir məmur üçün deyil, adi vətəndaş üçün yazılıb. Necə olur ki, öz həyətində ad günü, toy-nişan keçirənlərə deyirlər ki, bu məclisdir və buna görə həmin məclisi dağıdırlar, iştrakçılara cərimə yazırlar, amma bu məmurların keçirdikləri məclisi toplantı adlandırılar? Bu nə cavabdır? Operativ Qərargahın qərarına əsasən toplantıların keçirilməsi qadağandır. Belə olmasa idi, onda niyə partiyalar onlayn qurultay keçirirlər?”

F.Əliyevin fikrincə, o zaman belə çıxır ki, bu adamların hamısı dövlət başçısına “meydan oxuyurlar”:

“Yaqin ki, bunlar demək istəyirlər ki, “heç kimi saymırıq, qanunları saymırıq, nə istəyirik edirik və bundan sonra da edəcəyik”. Bu anarxiyanın, özbaşınalığın qarşısı alınmalıdır. Onların barəsində ölçü qötürülməlidir. Çünki vətəndaşlar istər-istəməz qanunu pozanlardan yox, dövlət başçısından narazı olurlar”.

 

0.11710906028748