Bakıda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyekti aşkarlanıb - FOTO

Paytaxtın Pirallahı rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rayon polis şöbəsinin əməkdaşlarının Əzizbəyov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, kafenin qapalı kabinetlərində qəlyan avadanlıqlarından istifadə edilir.

Sanitar-epidemioloji normaları pozan səkkiz nəfər müvafiq polis şöbəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib edilib. Obyektin sahibi barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

0.4556770324707