Gəncədə köhnə bina uçmaq təhlükəsi qarşısında - VİDEO

Gəncə şəhərinin Poçt qəsəbəsi, Aydınbəyov küçəsi, bina 49-da yaşayan sakinlərin yaşadıqları bina təhlükəli vəziyyətdədir. 

Baku TV-nin xəbərinə görə, ötən əsrin 60-cı illərində istifadəyə verilmiş binada indiyədək heç bir əsaslı təmir aparılmayıb. 

Binanın kanalizasiya xətləri köhnəldiyindən zirzəmilər su ilə doludur, dəhlizlərin pilləkənləri tamamilə çöküb, divarlarda dərin çatlar əmələ gəlib. 

Məsələ ilə bağlı Gəncə Şəhər Su-Kanal Törəmə Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

Qurumun direktor müavini Yaşar Məhərrəmov Baku TV-yə açıqlamasında vəziyyətdən məlumatlı olduqlarını bildirdi:

“Zirzəmidə suyun təmizlənməsi işi aparılıb. Bu gün problemin yenidən aktuallaşmasının səbəbi isə sakinlərin məsuliyyətsizliyidir”. 

Binadakı çatların aqibətinə gəlincə, bu barədə rəsmi şəkildə açıqlama verən olmadı.

İki gün ərzində Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyindən rəsmi cavab veriləcəyi bildirilsə də, heç kim sullarımızı cavablandırmaq istəmədi. 

0.41646385192871