Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA

Mayın 2-də saat 08:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

Bu barədə Bakunews.media-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/san-yə çatır. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 mertdir.

Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-də axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

0.35520696640015