Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi
Gəncədə qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.
Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad oğlu evdə bıçaqla qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.
Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimidir.