Paşınyan yenə də Azərbaycana səfər edib....

Torpaqlar işğalda qalır, Paşınyan isə gəlir-qedir!

Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşüviri Dinarə Məmmədova ALDP Mətbuat Xidmətinin səhfəsində bildirib. Onun açıqlamasını olduğu kimi veririk:

Qubadlı rayonunun işğalından 27 il keçir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı rayonuna hər iki, Ermənistan və Dağlıq Qarabağ tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilmişdir. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşmüşdür. Yenə də biz bu gün Qubadlının işğal olunmasının 27-ci ilini qeyd edirik. Rayonlarımızın işğal günü yaxınlaşdıqca, “yenə də işğaldan danışaq, niyə Şəhidlərin ruhunu şad edə bilmirik?!” özümüzə suallar verəcəyik. Bu çətin sualların bir cavabı var- Torpaqlarımızı işğaldan azad etmək üçün yas saxlamaq yox, onu almaq lazımdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Eləcə də Avropa Parlamentinin. İndi ermənilər öz hərəkətlərilə göstərirlər ki, bu onlar üçün “kağız parçasıdır”. Əgər BMT üzvü olan dövlətlər bu məsələyə müdaxilə etmirlərsə, öz qərarlarına hörmət etmirlərsə, deməli qəbul etdikləri qətnamələr onlar üçün da adi “kağız parçasıdır”. Onda belə çıxır ki bu qərarlar, qətnamələr “başımızın altına yastıq qoymaq” kimidir. İndi ATƏT-in Minsk qrupunun nümayəndələri bölgəyə səfər etməlidirlər. Sual yaranır -niyə, nə dəyişib ki? Heç nə. Torpaqlar işğaldadır, hər gün ermənilər atəşkəsi pozurlar, Ermənistan prezidenti, baş naziri, müdafiə və digər nazirlər qondarma “DQR” səfər edirlər.

İndi biz nə edək? Yenə də işğaldan danışacağıq, yenə də ağlayıb Şəhidlərimizi yada salacağıq.... Bəyəm bizim üçün də verilən qətnamələr, qərarlar adi “kağız parçasıdır”? Bu qəbul olunan qətnamələr, qərarlar heç olmasın. Biz heç bir dövlətin torpağını işğal etməmişik, bizim torpaqlar işğal altındadır. Və bu torpaqları azad etmək üçün bizim hüququmuz var və Şəhidlərin qarşısında mənəvi borcumuz var.

Hələlik isə Paşınyan yenə də Azərbaycana səfər edib....

0.092397928237915