Tarixin ən populyar “tvit”i yazılıb

Məşhur Hollivud ulduzu 43 yaşlı Çedvik Bouzmanın ölməsi barədə “tvit” sosial şəbəkə tarixinin ən populyar ismarıcı olub.

Bu barədə “Twitter”in Mətbuat Xidmətindən bildirilib.

“İndiyə qədər ən çox bəyənilən “tvit”. Krala layiq hörmətdir”, - deyə məlumatda deyilir.

Son məlumata görə, Ç.Bouzmanın vəfatı ilə bağlı ismarıc 7,3 milyon dəfə bəyənilib.

Xatırladaq ki, “Qara pantera” filminin ulduzu Çedvik Bouzman avqustun 29-da onkoloji xəstəlikdən vəfat edib.

0.28162002563477